Sərbəst güləşçilərin reytinqi açıqlandı: Azərbaycanın dörd idmançısı ilk “onluq”dabackend

Sərbəst güləşçilərin reytinqi açıqlandı: Azərbaycanın dörd idmançısı ilk “onluq”da

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərbəst güləşçilərin reytinq cədvəli açıqlanıb.

İnterpress.az xəbər verir ki, İtaliyanın paytaxtı Romada keçirilmiş reytinq seriyalı turnirdən sonra güləşçilərin sıralamasına aydınlıq gəlib.

Azərbaycanlı güləşçilər bu yarışda iştirak etmədiyindən, idmançılarımız reytinqdə geriləyib. Bu turnirin qalibi 16 xal qazanıb.

Reytinqdə ilk “onluq”da isə Azərbaycanın cəmi dörd idmançısı qərarlaşıb. Bunlar 74 kq-da Hacımurad Hacıyev (16 xalla səkkizincidir), 79 kq-da Cəbrayıl Həsənov (40 xalla ikincidir), 97 kq-da Şərif Şərifov (40 xalla ikincidir) və 125 kq-da Camaləddin Məhəmmədovdur (14 xalla onuncudur).

Onu da bildirək ki, Azərbaycanın ilk “onluq”da təmsil olunduğu 79 kq qeyri-Olimpiya çəkisi hesab olunur. Bu üzdən üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov 86 kq-da çıxış etməyə başlayıb. Onun son iki dünya çempionatının finalında uduzduğu amerikalı Kayl Deyk isə reytinq turnirində 74 kq-da debüt edib və qızıl medal qazanıb. 79 kq-ın lideri olan Deyk indi qazandığı 16 xalla 74 kq-da doqquzuncu yerdə qərarlaşıb.

Reytinqdə olan idmançılarımızdan yalnız Şərif Şərifovun hələ ki Olimpiadada iştirakı rəsmiləşib. Əgər dağıstanlı Olimpiya çempionumuz reytinq sıralamasında ilk “dördlük”dəki yerini qoruyub saxlaya bilsə, Tokioda səpələnmişlər səbətində yer alacaq.  

Qeyd edək ki, reytinq sıralaması Olimpiadaya vəsiqə qazanan güləşçilər üçün çox önəmlidir. Çünki ilk “dördlük” püşkatma zamanı səpələnmişlər səbətində yer alır və ilk turlarda zəif rəqiblərlə qarşılaşmış olur. Həmçinin, ilk “üçlük”də qərarlaşmış idmançılara mövsümün sonunda Ümumdünya Güləş Birliyi tərəfindən pul mükafatı təqdim edilir.