Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Diaspor təşkilatları aralarında bu məlumat boşluğu dolub”

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Təbliğat, informasiya və analitik təhlil şöbəsi, İnformasiya texnologiyaları və texniki təchizat sektorunun müdiri Cahid İsmayıloğlu “Qafqazinfo”ya müsahibə verib.

Dərc edilib: 30 yanvar 2020 [15:24]
Baxış sayı: 36725

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Təbliğat, informasiya və analitik təhlil şöbəsi, İnformasiya texnologiyaları və texniki təchizat sektorunun müdiri Cahid İsmayıloğlunun “Qafqazinfo”ya müsahibəsi.

- 2018-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi infoqrafik diaspor xəritəsini yaratdı. Bu xəritənin yaradılmasında əsas məqsəd nədən ibarət idi? Ötən müddət ərzində Komitə qarşıya qoyduğu məqsədlərə nail ola bilib?

- Diasporla İş üzrə Dövlət Komitəsinin əsas hədəflərindən biri, hətta deyərdim birincisi, xaricdə yaşayan azərbaycanlılarla, eləcə də onların təsis etdiyi diaspor təşkilatları ilə bütün istiqamətlərdə sıx əməkdaşlığın qurulmasıdır. Məlum olduğu kimi, bu hədəflər ölkə hüdudlarından xeyli uzaqdadır və sayı milyonlarladır. İndi diaspor quruculuğu işinə yeni yanaşma informasiya-kommunikasiya texnologiyalarının imkanlarının bu prosesə geniş miqyasda tətbiqini zərurətə çevirib.


Artıq iki ilə yaxındır ki, Dövlət Komitəsi olaraq innovasiyaların, yüksək texnologiyaların diaspor quruculuğu prosesinə tətbiqinin yollarının axtarışındayıq və milli informasiya məkanını formalaşdırmaq, həmvətənlərimiz arasında ortaq informasiya mühitinə çevirmək, milli informasiya resurslarının yaradılması və bu resurslara çıxışı təmin etmək istiqamətində ciddi addımlar atılır.

Nəzərə alsaq ki, bu istiqamətlərin tətbiqi məsələsinə biz sıfırdan başlamışıq, ideyaların reallaşdırılması və konkret məhsulun üzə çıxarılması bizim üçün bir çox mərlələrin təməlini təşkil edir. “Diasporamap.com – Diaspor xəritəsi” elə bu mələlərə çəkəcəyimiz konkret misal ola bilər. Diaspor təşkilatlarının cəmləşdiyi bu interaktiv xəritəni istifadəyə verdiyimiz ilk vaxtlarda bazada olan mövcud məlumatları etibarlı mənbə hesab etməyimiz doğru olmazdı. Ancaq bu gün biz bu məlumatları etibarlı mənbə hesab edirik. Çünki platforma zaman içində, çox qısa bir vaxt ərzində təkmilləşdi və etibarlı bir mənbəyə çevrildi. Əlbəttə ki, bu prosesi sürətləndirən platformanın texniki və innovativ, interaktiv imkanlar oldu. Bu istiqamətdə biz qarşıya qoyulan məqsədə nail ola bildik.

- Diaspor xəritəsinin əhatə dairəsi barədə məlumat verməyinizi xahiş edirəm. Ümumiyyətlə, 2020-ci ilin əvvəlinə olan statistik göstəricilər barədə nə deyə bilərsiniz? 

- “Diaspor xəritəsi” platforması dünyada mövcud, azərbaycanlıların təsis etdiyi diaspor təşkilatlarının virtual məkanda koordinasiya olunmasına zəmin yaradır. Yəni, dünyanın harasında yaşamasında asılı olmayaraq hər bir kəs bu sayta daxil olur, yaşadığı yerdə hansı təşkilatların olduğu haqqında konkret informasiya əldə edir, onlarla operativ əlaqəni qurur, eləcə də əksinə, mövcud təşkilatlar platformanın idarəçisinə özü haqqında məlumat ötürür, təşkilatın mütəmadi dəyişən məlumatları barədə xəbərdar edir və güncəl olmasını təmin edir. Platformadakı informasiyalar demək olar ki, günbəgün yenilənir, dəyişir. Ona görə statistikada mövcud diaspor təşkilatlarının və ölkələrin sayı tez-tez fərqli rəqəmlərlə qarşımıza çıxır. Misal üçün 48 ölkəni əhatə edən platforma bu ay içində 49 ölkə olaraq dəyişdi. Çünki Böyük Lüksemburq Hersoqluğunda bir təşkilat haqqında məlumat xəritəyə əlavə edildi və avtomatik ölkə sayı 49 oldu.

- Diasporla İş üzrə Dövlət Komitəsi diasporların səmərəli fəaliyyətinin təşkil olunması ilə yanaşı, həm də bu sahədə yaranmış informasiya boşluğunu aradan qaldırmaq üçün bir sıra innovativ yeniliklərə imza atıb. Bu innovativ yeniliklərdən biri də infoqrafik diaspor xəritəsinin yaradılmasıdır. Bu xəritə Komitənin fəaliyyətinə necə təkan verəcək? 

- İnformasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı, istifadəçiyə çatdırılması və bu istiqamətlərdə informasiya texnologiyalarından istifadə işimizin əsas bir hissəsini təşkil edir. Get-gedə, vaxtilə yaranmış və daşlaşmış informasiya boşluğu demək olar ki, aradan qalxıb. Dünya xəritəsini və eləcə də “Diaspor xətirəsi”ni qarşımıza qoysaq, dünyanın elə bir nöqtəsi yoxdur ki, oradan komitəyə informasiya daxil olmasın. Bu proses saniyələr ərzində baş verir və nəticəsini də elə həmin anda hiss edirik.

Hal-hazırda biz “Bir toxunuşla Diasporla İş üzrə Dövlət Komitəsi” ideyası üzərində işləri tamamlamaqdayıq. Həm veb üzərindən, həm də mobil tətbiqdən bir toxunuşla Diasporla İş üzrə Dövlət Komitəsinin bütün fəaliyyətinə və dünyada mövcud diaspor təşkilatılarının virtual informasiya məkanına çıxış əldə ediləcək.

- Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya məsələsi infoqrafik diaspor xəritəsinin köməyi ilə həll oluna bilərmi? 

- “Diaspor xəritəsi” platformasının əsas qayəsi diaspor təşkilatlarının virtual məkanda koordinasiya olunmasına zəmin yaratmaqdır. Biz hiss edirik ki, diaspor təşkilatları aralarında bu məlumat boşluğu dolub və bu platformanın sayəsində reallaşıb. Komitə bu gün platformanın imkanlarını artırmaq, məlumatların yenilənmə operativliyini təmin etmək haqqında düşünür və işi bu istiqamətdə qurur.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 250