“Beşiktaş”ın sabiq baş məşqçisi “Qarabağ”da işləyəcəkbackend

“Beşiktaş”ın sabiq baş məşqçisi “Qarabağ”da işləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son olaraq Türkiyənin “Başakşəhər” klubunun 19 yaşadək komandasının (U-19) baş məşqçisi olmuş Öndər Karavəli Azərbaycanda işləyəcək.

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, “Qarabağ” Akademiyasında koordinator müavini vəzifəsində çalışacaq.

Qeyd edək ki, 45 yaşlı təcrübəli məşqçi daha əvvəl İstanbulun “Beşiktaş” U-21-i, həmçinin “Başakşəhər” U-21 və U-19 komandalarının baş məşqçi vəzifələrində çalışıb.

İnterpress.az