Çingiz Qənizdə İmişlidə daha iki görüş keçirib – FOTOLARbackend

Çingiz Qənizdə İmişlidə daha iki görüş keçirib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə görüşlərini davam etdirir.

Modern.az xəbər verir ki, deputatlığa namizəd Çingiz Qənizadə bu dəfə İmişli rayonunun Cəfərli və rayon mərkəzindən 51 km uzaqda yerləşən Ağamalılar kəndlərində seçiciləri ilə görüşlərini keçirib.

Görüş zamanı deputatlığa namizəd seçicilərə regionların sosial-iqtisadi inkişaf proqramına dair 2019-2023-cü illərdə bu kəndlərdə dövlət proqramında nəzərdə tutulan və tikintisi planlaşdırılan məsələlər ətrafında məlumatlar verib.

Cəfərli kəndinin sakinləri Azərbaycan Demokratik Respublikasının parlamentində Maliyyə İslahatları Komissiyasının rəhbərlərindən biri olmuş Müseyib Ağacanovun adının bu kənddə əbədiləşdirilməsini deputatlığa namizəddən xahiş ediblər. Bəzi sakinlər bank olmayan kredit təşkilatları tərəfindən qanunsuz yerə ev sənədlərinin, çıxarışlarının alınaraq saxlanmasından şikayət ediblər. Buna görə də kömək edilməsini istəyiblər. Hərbçilərin sığorta pulunun 1992-ci ildən sonra verilməsi ilə bağlı da bəzi müraciətlər olub. Sonra Çingiz Qənizadə Cəfərli kəndinin tərkibinə daxil olan Axıcanlı kəndinə gedib və Axıcanlı kənd məktəbi ilə tanış olub. Kənd məktəbinə baxış zamanı Çingiz Qənizadə qeyd edib ki, möhtərəm prezidentimiz İlham Əliyev və Birinci vitse prezidentimiz Mehriban Əliyevanın təşəbbüsü və birbaşa rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində minlərlə məktəblər tikilib. Bu kəndin də məktəbinin yaxın vaxtlarda tikintisinin reallaşacağına ümid etdiyini deyib.

Qeyd edək ki, həmin kənd Azərbaycanda ən bərbad vəziyyətdə olan kəndlərdən biridir. Deputatlığa namizəd məktəbə baxdıqdan sonra kənd sakinlərini əmin edib ki, məsəsələni aidiyyatı orqanların qarşısında qaldıraraq yenidən qurulması üçün əlindən gələni edəcək. Həmçinin Axıcanlı kəndinin də fotoşəkillərini çəkib.

Ağamalılar kəndində isə Çingiz Qənizadə bu kənd yolunun artıq layihələşdirilməsi ilə bağlı məlumat verib və bu kəndin yolunun da asfaltlanacağına ümid etdiyini seçicilərinə bildirib. Çingiz Qənizadə deyib ki, regionların sosial inkişaf proqramına dair dövlət proqramında və cənab prezidentin göstərişləri və birbaşa tapşırıqları əsasında kənd yollarının asfaltlaşdırılması məsələsi gündəmdədir. Bu kəndin yolu da layihələşdirilib. Yaxın vaxtlarda ölkə başçısının göstərişi və tapşırığı ilə bu yolun çəkilməsi reallaşacaq.

Daha sonra bəzi seçiciləri fərdi qaydada qəbul edib. Hər iki kəndin seçiciləri bildiriblər ki, Çingiz Qənizadə hər zaman əlçatan deputat olub. Fevralın 9-da səslərini Çingiz Qənizadəyə verəcəklərini qeyd ediblər.

Çingiz Qənizdə İmişlidə daha iki görüş keçirib - FOTOLAR

Çingiz Qənizdə İmişlidə daha iki görüş keçirib - FOTOLAR

Çingiz Qənizdə İmişlidə daha iki görüş keçirib - FOTOLAR