Bakıda mental riyaziyyat üzrə CASPİAN CUP 2020 çempionatı keçiriləcək – FOTObackend

Bakıda mental riyaziyyat üzrə CASPİAN CUP 2020 çempionatı keçiriləcək – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 8-9 fevral tarixlərində 4 yaşından 16 yaşına qədər olan uşaqlar arasında mental riyaziyyat üzrə CASPİAN CUP 2020 çempionatı keçiriləcək.

İnterpress.az turnirin təşkilatçılarından verilən məlumata görə, çempionatda Azərbaycan, Rusiya, İsveçrə, Ukrayna, Böyük Britaniya və Özbəkistandan olan 200-dən çox uşaq iştirak edəcək.

“Azərbaycanda mental riyaziyyat üzrə ilk məktəblər 7 il əvvəl yarandı. İldən-ilə burada təhsil alanların sayı artmaqdadır. Son 3 ildə bu hesablama və təfəkkür inkişafı sistemini mənimsəyən uşaqların sayı yüksək sürətlə artır. Artıq 3 il əvvəl beynəlxalq çempionatlarda ilk yerlər əldə edilib”.

Tədbirin təşkilatçısı – “İnternational school of mental arithmetic İSMA” dəstəyi,  “VTB Bank” dəstəyi ilə “İnternational school of mental arithmetic İSMA BAKU” təşkilatıdır.

Bakıda mental riyaziyyat üzrə CASPİAN CUP 2020 çempionatı keçiriləcək - FOTO

Bakıda mental riyaziyyat üzrə CASPİAN CUP 2020 çempionatı keçiriləcək - FOTO