Azərbaycanda dəhşətli qətl: 25 yaşlı gənci qəbiristanlıqda öldürdülərbackend

Azərbaycanda dəhşətli qətl: 25 yaşlı gənci qəbiristanlıqda öldürdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə şəhərin “Yeddi Günbəz” qəbiristanlığında qeydə alınıb.

Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev orada ölüb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, O.Hacıyev şübhəli şəxs qismində saxlanılıb.

İnterpress.az