Azərbaycanda idman müəllimi Avropa çempionunu vəhşicəsinə qətlə yetirdi – TƏFƏRRÜATbackend

Azərbaycanda idman müəllimi Avropa çempionunu vəhşicəsinə qətlə yetirdi – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxıda törədilən qətlin təfərrüatı məlum olub.

APA xəbər verir ki, “Yeddi Gümbəz” qəbiristanlığında Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb.

Beş bıçaq xəsarəti almış Ruslan Surxayev hadisə yerində ölüb.

Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub.

Orxan Şamaxıda idman müəllimi işləyir. Öldürülən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.

İnterpress.az