Sabirabadda dəhşət: 22 yaşlı gənc hamamda başına su əvəzinə neft tökdü, bədəni alışdıbackend

Sabirabadda dəhşət: 22 yaşlı gənc hamamda başına su əvəzinə neft tökdü, bədəni alışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunda su əvəzinə səhvən neftlə üzünü yuyan 22 yaşlı gənc yanıb.

Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə fevralın 1-i, saat 23 radələrində rayonun Cavad kəndində baş verib.

1998-ci il təvəllüdlü Elvin Zeynalov hamamda yuyunarkən sabun əlindən yerə düşüb. O, gözü sabunlu olduğu üçün sabunu götürə bilməyib və yerdən su götürərək üzünü yumaq istəyib. Lakin səhvən yerdən neftlə dolu qabı götürüb və başından aşağı töküb.

Həmin vaxt hamamın içində yanan qaz plitəsi E.Zeynalova yaxın olduğu üçün neft alışıb, onun bədəninə alov yayılıb. E.Zeynalov yanaraq çölə çıxıb və özünü gölməçəyə ataraq alovu söndürüb.

Ona bütün bədəninin II və III dərəcəli yanığı diaqnozu qoyulub.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və prosessual hərəkətlər aparılıb.

Məlumata görə, nefti hamama E.Zeynalovun anası ərinin paltarlarını təmizləmək üçün qoyubmuş. Faktla bağlı araşdırma aparılır.

İnterpress.az