“Sabah” klubu Azərbaycan Premyer Liqasında antirekorda imza atıbbackend

“Sabah” klubu Azərbaycan Premyer Liqasında antirekorda imza atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının “Sabah” klubu Azərbaycan Premyer Liqasında ardıcıl 3-cü məğlubiyyətini alıb.

İnterpress.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, mövsümün ilk yarısını “Qarabağ”a 0:1, “Neftçi”yə 0:2 hesablı məğlubiyyətlərlə başa vuran paytaxt təmsilçisi XV turda “Zirə”dən 2 cavabsız top buraxıb.

Hər üç qarşılaşmada quru hesabla məğlub olan bakılılar ikinci mövsümünü keçirdiyi Premyer Liqada klub antirekorduna imza atıblar. İndiyədək “Sabah” ardıcıl 3 oyunda xalsız qalmamışdı. Əvvəllər komandanın ardıcıl iki məğlubiyyət almasına 8 dəfə təsadüf olunsa da, seriya 3-ə çatmamışdı.

İnterpress.az