“MuğanBank”da insident: Müştəri bıçaqla mühafizəçinin ağzını kəsdibackend

“MuğanBank”da insident: Müştəri bıçaqla mühafizəçinin ağzını kəsdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“MuğanBank” ASC-nin baş ofisində insident baş verib.

Baku.ws-in məlumatına görə, müştəri ilə bankın mühafizəçisi arasında mübahisə yaranıb.

Hadisə parkinq yerinə görə olub. Bankın müştərisi avtomobilini bankın sədrinin maşını üçün nəzərdə tutulan yerdə saxlayıb. Bu zaman mühafizəçi müştəriyə yaxınlaşaraq maşını yerindən çəkməyi tələb edib.

Daha sonra onlar mübahisə etməyə və bir-birlərinə nalayiq ifadələr səsləndirməyə başlayıblar.

Sonda isə müştəri mühafizəçinin ağız nahiyəsinə bıçaqla xəsarət yetirib.

İnterpress.az