Maliyyə problemləri ilə üzləşən Azərbaycan klubunda gözlənilməz istefabackend

Maliyyə problemləri ilə üzləşən Azərbaycan klubunda gözlənilməz istefa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səbail” PFK-nın icraçı direktoru Ramin Həsənov öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Bakı klubunun “Facebook” səhifəsi məlumat yayıb.

Müvəqqəti olaraq klubun icraçı direktor vəzifəsini baş menecer Fərəc Əliyev icra edəcək. Ramin Həsənov isə Bakının digər klubu “Sabah”da baş icraçı direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 12 xalla sonuncu olan bu klub çox ciddi maliyyə problemləri ilə üzləşib. Klub aparıcı futbolçularını saxlamaqda çətinlik çəkir.

İnterpress.az