FIFA prezidentindən önəmli açıqlamalarbackend

FIFA prezidentindən önəmli açıqlamalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Yaxın Şərqdə ilk dəfə Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı bütün dünya üçün dönüş anı olacaq\”.

İnterpress.az məlumatına görə, bunu FIFA prezidenti Canni İnfantino Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) seminarında çıxışı zamanı deyib. 50 yaşlı funksioner Qətərin mundiala hamıdan əvvəl hazır olacağını bildirib: \”Bu, dünyanı müsbətə doğru dəyişəcək fantastik hadisə olacaq. Çünki insanlar Qətərə yollanarkən, ərəb dünyasına qarşı düşüncələrimizin əsası yoxdur\”.

İnfantino futbolu qloballaşdırmaq istədiyini də açıqlayıb. Onun fikrincə, futbolun dünyada bir nömrəli idman növü olmasının səbəbini anlamaq çox vacibdir: \”Dərindən axtarsanız, görəcəksiniz ki. ən yaxşı futbol bir necə ölkədə cəmləşib. Biz futbolun yalnız bir neçə ölkədə mövcudluğunun qayğısına qalmamalıyıq. Məhz bu səbəbdən, Afrikaya səfər etmişdim. Rusiyadakı son dünya çempionatında 8 1/4 finalçıdan 6-sı Avropa ölkəsi idi. Avropa və dünyanın digər hissəsi ilə fərq get-gedə böyüyür\”.

FIFA prezidenti idmanda rasizm hallarının artmasından da danışıb. O, ali futbol qurumunun belə hallara heç bir dözüm nümayiş etdirməyəcəyini diqqətə çatdırıb: \”Referi irqçi xarakterli insident olduqda matçı dayandırmalıdır. Oyunun davamında eyni hal yenidən təkrarlanarsa, görüş ləğv olunmalı, irqçiliyə yol verən fanatların komandası isə məğlub elan olunmalıdır. Rasizm bir neçə ölkədə müşahidə olunmağa başlayıb. Bunun qarşısı alınmasa, məsələyə FIFA qarışacaq\”.

Dünya çempionatında komandaların sayının artırılma məsələsinə gəldikdə, İnfantino deyib: \”Biz iki yarışı – hazırkı klublararası dünya çempionatını və Konfederasiyalar Kubokunu ləğv edirik. Biz yeni yarış əlavə etmirik, futbolun xeyrinə dəyişdiririk. Ona görə də klublararası dünya çempionatını yeni formatda təşkil edəcəyik\”.

FIFA prezidentinin fikrincə, gələcək mundiallarda namizədlərin say çoxluğunun artımı yalnız futbola kömək edəcək: \”DÇ-2030-dək mən xalqın iradəsinə hörmət edəcəyəm. Nə qədər çox iştirakçı olsa, o qədər sevinəcəyəm\”.

İnfantino qadın futbolunu populyarlaşdırmaq istədiyini də vurğulayıb: \”Mənim 4 qızım var. Evə gəldikdə, onlar həyat yoldaşımla birgə mənə güclü təzyiq göstərirlər. Mən qadın futbolunu dəstəkləmədikdə, hesab 5:1 onların xeyrinə olur. Ciddi olsaq, gender bərabərliyini meydanda və ondan kənarda, iclas zallarında və idarəetmədə təmin etməyin zamanı yetişib. Bizim Fransada ən uğurlu dünya çempionatımız olmuşdu. Çoxları ilk dəfə başa düşmüşdülər ki, bu, əsl idmandır, darıxdırıcı, ləng deyil, stadionlar isə oyundan-oyuna dolub-daşırdı\”.

FIFA prezidenti qadın klubları arasında dünya çempionatı yaratmaq və komanda sayını artırmaq niyyətində olduğunu açıqlayıb. İnfantinonun sözlərinə görə, bunun üçün sərmayə lazımdır: \”Biz gələcək illərdə qadın futboluna 1 milyard ABŞ dolları sərmayə qoymağı qərara almışıq. Dünya çempionatını isə hər iki ildənbir keçirməyi təklif etmişəm. Son 10 illikdə UEFA-da insanlar yarış və tədbirlər təşkil etməyə kökləniblər. İndi onların Avropa Liqası və digər yenilikləri var. Qalan dünyada, o cümlədən, FIFA-da isə təəssüf ki, insanlar digər fəaliyyət növlərinə yönəliblər\”.

İnterpress.az