Azarkeşlər Ronaldunun meydana çıxmamasına görə təzminat alacaqbackend

Azarkeşlər Ronaldunun meydana çıxmamasına görə təzminat alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki koreyalı azarkeş “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldunun ötən il Seulda Cənubi Koreya çempionatının ulduzları ilə görüşə çıxmaması ilə əlaqədar 311 dollar (528 manat) təzminat alacaqlar.

Bu barədə “Reuters” agentliyi məlumat verir.

Futbol oyununun təşkilatçısı – “The Fasta Inc” korporasiyası K.Ronaldunun azı 45 dəqiqə meydanda olacağı haqqında azarkeşlərə vəd versə də, portuqaliyalı futbolçu 90 dəqiqə ehtiyat oyunçular skamyasında əyləşib.

Oyunu izləyən 63 min azarkeş Ronaldunun meydana çıxmamasından giley ediblər. İki azarkeş isə məhkəməyə müraciət edərək onlara dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb ediblər.

Məhkəmə “The Fasta Inc” korporasiyasını biletə görə 59 dollar cərimə edib, dəyən mənəvi zərərə görə isə azarkeşlərə 252 dollar təzminat ödənilməsi haqqında qərar çıxarıb.

İnterpress.az