Neymardan ad günü fırıldağıbackend

Neymardan ad günü fırıldağı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyalı futbolçu Neymar ötən həftə “Montpellier”lə oyun zamanı qabırğasından zədələnib. Bu səbəbdən o, dünən “Nant” – PSJ qarşılaşmasında meydana çıxmayıb. Bununla belə, onun istirahət etməli olduğu halda, gecə klublarının birində 28 yaşını təntənəli şəkildə qeyd etməsi fransız heyətdə narahatlıq yaradıb.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

Baş məşqçi Tomas Tuçel verdiyi açıqlamada heyət seçiminin Neymarın ad günü qonaqlığı ilə heç bir əlaqəsinin olmadığını deyib və son hadisələrin insanlara pis düşünmək fürsəti yaratmasından narahatlığını dilə gətirib.

Bununla belə, keçmişə nəzər saldıqda artıq üçüncü ildir ki, Neymarın zədələnmələrinin onun ad günü ilə üst-üstə düşdüyünü görmək olur.

İndi bütün diqqətlər Neymarın bacısı Rafaellanın martın 11-də keçiriləcək ad gününə yönəlib. Çünki Neymar son beş ildə zədə və ya cəza səbəbindən bacısının ad günü həftəsində heç vaxt meydanda olmayıb. PSJ-nin bu tarixdə Çempionlar Liqasının 1/16 mərhələsində “Borusiya Dortmund”la revanş oyunu var.

Bacısının ad günü tarixində Neymar:

2014/2015 sezonu: cəzalı

2015/2016 sezonu: cəzalı

2016/2017 sezonu: zədəli

2017/2018 sezonu: zədəli

2018/2019 sezonu: zədəli

Öz ad günündə (5 fevralda) Neymar:

2017/2018 sezonu: zədəli

2018/2019 sezonu: zədəli

2019/2020 sezonu: zədəli.