YAP daim yeni hədəflərə doğru irəliləyir – FOTObackend

YAP daim yeni hədəflərə doğru irəliləyir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucarın Qulabənd kənd Mədəniyyət evində 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Ramil Həsənin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qulabənd, Alpı və Bağırbəyli kəndlərinin sakinləri ilə görüş keçirilib.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva partiyanın seçkilərə hazırlığı və rayon təşkilatının bu məqsədlə gördüyü işlər barəsində məlumat verib. Ş.Abdullayeva bildirib ki, YAP-ın bu seçkilərdə də irəli sürdüyü namizədlər Azərbaycan dövlətçiliyinin inkişafında, partiyamızın möhkəmlənməsində və qüdrətlənməsində, xalqımızın sosial rifah halının yaxşılaşdırılmasında müstəsna xidmətləri olan, cəmiyyətimiz tərəfindən yüksək hörmət və ehtiramla qarşılanan, nüfuzlu insanlardır: “Ona görə də YAP bu şəxslərə böyük etimad nümayiş etdirərək, onların namizədliyini irəli sürüb. 91saylı Ucar seçki dairəsindən isə Ramil Həsənin namizədliyi irəli sürülüb. İnanıram ki, bu seçkilərdə də partiyamızın qərarını dəstəkləyəcək və Ramil Həsənə səs verəcəyik.”

Deputatlığa namizəd R.Həsən vurğulayıb ki, Milli Məclisin deputatı seçiləcəyi təqdirdə yalnız və yalnız dövlətimizin, xalqımızın, seçicilərin mənafeyi naminə fəaliyyət göstərəcək, partiyamızın siyasi baxışlarına uyğun olaraq addımlar atacaq, xalqımızın daha da yaxşı yaşamasına xidmət edən qanunların qəbulunda fəallıq göstərəcək.

Qulabənd kənd sakinləri Nizam Əhmədov, Mərdan Xəlilov, Nuriyyə Əhmədova, Fərman Cəbrayılov,Gərayxan Rüstəmov, Aşa Seyidova, İlqar Əhmədov, Alpı kənd sakinləri Sadir Rüstəmov, Ramazan Hüseynov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd ediblər.

Daha sonra Ramil Həsən şəhid Cəsarət Zülfüqarovun qardaşı Qubad Zülfüqarov, şəhid Füzuli Əhmədovun qardaşı Xudazər Əhmədov, şəhid Güləş Faxrətovun qardaşı Hüsən Faxrətov, şəhid Sərxan Əliyevin qardaşı Sənan Əliyev, şəhid Məhəmməd Ələkbərovun anası Şahnaz Ələkbərova, şəhid Cəmil Hüseynovun ailə üzvüləri, şəhid Fərzalı Fərzəliyevin qardaşı Zamin Fərzəliyev və Alpı kənd ağsaqqalı Surxay Quluyev, Ucar şəhər sakini Hacı Həşim Rüstəmov ilə evlərində görüşüb.

Deputatlığa namizəd, həmçinin Qulabənd kənd ərazisində yerləşən “Pambıq” ASC–nin balansında olan 16 mənzilli yaşayış binasının sakinləri ilə görüşüb, təklif və problemlərini dinləyib.

YAP daim yeni hədəflərə doğru irəliləyir - FOTO