Azərbaycanlı aparıcı gənc yaşında vəfat etdi – FOTObackend

Azərbaycanlı aparıcı gənc yaşında vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lider radio”nun keçmiş əməkdaşı, aparıcı DJ Emil vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə məşhur bəstəkar-müğənni Murad Arif şəxsi “Facebook” hesabında məlumat paylaşıb.

Dildar Muğamatoğlu adlı istifadəçi paylaşıma mərhumun nədən öldüyü haqqında şərh yazıb.

“İş yoldaşlarının sözlərinə görə, o iki ay idi ki, qrip idi. Hər gün “nimesil” adlı dərman qəbul edirdi. Dörd gün öncə qızdırma, titrəmədən komaya düşüb. Xəstəxanada müayinə olunanda həkimlər Emilin orqanlarının sıradan çıxdığını bildiriblər. Ötən gecə isə o, komadan ayılmayıb. Nəticədə Emil dünyasını dəyişib”.

Azərbaycanlı aparıcı gənc yaşında vəfat etdi - FOTO