İlham Əliyevdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAMbackend

İlham Əliyevdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

– orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin;

– istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilməlidir.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

İnterpress.az