Çavuşoğlu Bakıdan mesaj verdi: “Rusiyadan gözləntimiz rejimin dayandırılmasıdır”backend

Çavuşoğlu Bakıdan mesaj verdi: “Rusiyadan gözləntimiz rejimin dayandırılmasıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak üçün paytaxtımıza səfər edən Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda jurnalistlərin suallarını cavablandırıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

İdlib məsələsi ilə bağlı danışan M.Çavuşoğlu Rusiyadan gözləntilərinin rejimin dayandırılması olduğunu vurğulayıb:

“Bu mövzuları indiyə qədər birlikdə çalışdığımız Rusiya ilə də müzakirə edirik. Ən son Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti oldu. Mən də orada idim. Açıq şəkildə bütün problemlər danışıldı və yenə birlikdə çalışmaqla bağlı qərar qəbul edildi. İndi Rusiyadan bir heyət gözləyirik. Bu heyətin fəaliyyətindən sonra ehtiyac olarsa, liderlər görüşəcəklər. Məqsədimiz burada atışmanın dayandırılmasıdır”, – deyə Çavuşoğlu bildirib.

İnterpress.az