Tənzilə Rüstəmxanlı: Millət Vəkili Olmaq Üçün,İnsanlıqdan Çıxmayınbackend

Tənzilə Rüstəmxanlı: Millət Vəkili Olmaq Üçün,İnsanlıqdan Çıxmayın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlbəttə, bütün bunlar keçib gedəcək, bu, bir seçki yarışıdır və daimi deyil. Mən bir zamanlar, konkret desək, 2005-ci il parlament seçkilərinə qatılmışdim və seçki yarışına yeni bir nəfəs gətirməyi hədəfləmişdim.Seçicilərlə hər görüşümdə onları seçkidə mütləq iştirak etməyə və seçki mədəniyyəti göstərərək, dəstəklədikləri namizədə səs verməyə çağırmışdım.

O seçkilərdə 11 rəqibli namizəd idim, seçki kampaniyası dövründə heç kəsin barəsində aşağılayıcı, təhqiramiz sözlərə, böhtan və iftiraya yol vermədim. Eyni zamanda, məni dəstəkləyən seçicilərdən rəqib namizədlərə qarşı hörmətlə davranmalarını xahiş etmişdim. Tək düşüncəm o idi ki, hakkı olan seçilsin ve millətə xidmət etsin.

Çox təəssüf ki, Murad Sadəddinov istisna olmaqla, digər rəqiblərim mənə qarşı yolverilməz üsullara əl atdılar, məni təhqir etmək üçün hər yola baş vudrular. Ancaq onlar mənim əleyhimə kampaniya apardıqca, reytinqim daha da yüksəlirdi.

Sabir bəy də deputatlığa namizəd olduğu üçün seçkilərə 7 gün qalmış “marafon”da iştirakımı dayandırdığımı bəyan etdim. O günü heç vaxt unutmayacağam. Axşama doğru yüzlərlə seçici məyus vəziyyətdə qərargahımın qarşısına toplaşaraq, deputatlığa namizədliyimi geri götürməyimə etirazlarını bildirdilər. Xanım seçicilər mənim bu qərarıma görə göz yaşlarını saxlaya bilmirdillər. Onların qarşısında çıxış edib bildirdim ki, içiniz rahat olsun, mən hər zaman sizin səsiniz olacam, sizə xidmət edəcəm. O gündən bu günə qədər mən hər zaman onların, onlar da mənim yanımda oldu.

İki oğlu Qarabağ uğrunda gedən savaşlarda Şəhid olmuş əslən Göyçaylı olan Lətifə Novruzova kimi bir ana qazandım, onlar mənim ailə üzvlərimə çevrildi, mən isə onların könlünün vəkili oldum.Bu günə kimi də Azərbaycanımızın səsi olmaq uğrunda mübarizə aparıram.

Ölkəmi heç vaxt bölgələrə, regionlara ayırmadım. Mən hazırda Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarında doğulub-böyüşüməm. Qarabağı sevdiyim qədər bölgəmin insanlarını da çox sevirəm. Çünkü onlar mənim üçün bütöv Azərbaycandır.

Ne isə, mətləbi çox uzatmadan builki seçkilərə keçək. Seçki prosesini çox diqqətlə izləyirəm, araşdırıram və namizədlərin kimliyini öyrənməyə çalışırıam. İnanın ki, heç vaxt bu qədər məyus olmamışdım. Namizədlər arasında normal şüurun dərk edə bilməyəcəyi qədər cahil adam var. Onlar bu cahillikləri iləmi millət vəkilliyinə iddialıdırlar?

Xüsusilə, gənc namizədlər arasında əxlaq və ədəb-ərkan bilməyən, yetərli savada malik olmayan, millət vəkilliyinin məsuliyyətini anlamayan, hətta doğulduqları kənddə belə dəstəklənməyən, amma regionçuluğu son silah” kimi görən nə qədər iddialı var… Millətə bundan artıq pislik etmək olmaz… Daxilimizə parçalanma toxumları səpənlər, belə primitiv düşüncənin daşıyıcıları bu millətin vəkili ola bilməz!

Deputatlığa namizədlərdən bəziləri isə öyrədilmiş adamları vasitəsilə rəqiblərini təhqir etdirirlər. Sahib Alıyevin yazdığı bir cümləsində vergül ağırlığında olmayanlar ona çirkab atmağa çalışır. Əslində isə o, millətinə və dövlətinə sədaqətlə xidmət edən adamdır. Sahib Alıyevi tanıdığım üçün bu fikirləri qeyd etməyi özümə borc bildim.

İnanın ki, bu seçkilər də keçib gedəcək, kimin taleyində nə varsa, onu da yaşayacaq. Amma bildiyim bir həqiqət var ki, hər kəs öz əxlaqı və mahiyyətinə görə yaddaşlarda qalacaq. Bəziləri aydın zəkası, bəziləri isə atdıqları çirkabla… Allah sizləri o cür çirkab insanlardan qorusun.

Ömür-gün yoldaşım Sabir Rüstəmxanlı da 9 fevral seçkilərində 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəddir. Təqdimata ehtiyacı olmayan milli ziyalı, bu millətin “Ömür kitabı”nı yazan kişi, Bütöv Azərbaycan həsrəti ilə millət yolunda yanan, işıqlı məfkurənin daşıyıcısı və qısacası, bölgələrin deyil, Azərbaycanın millət vəkili olaraq, Türk dünyasının da səsi olan Sabir Rüstəmxanlı…
Seçkilər gəldi-gedərdi, yetər ki, insaniyyətimizi itirməyək…