ATƏT sədri Məmmədyarov-Mnatsakanyan görüşündən danışdıbackend

ATƏT sədri Məmmədyarov-Mnatsakanyan görüşündən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Albaniyanın Baş naziri, ATƏT-in fəaliyyətdə olan sədri Edi Rama Dağlıq Qarabağ, Dnestryanı münaqişələrindən və Ukrayna böhranından danışıb.

İnterpress.az-ın xəbərinə görə, E.Rama Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında çıxışı zaman ölkəsinin ATƏT-ə sədrliyi dövründəki prioritetləri açıqlayıb.

O bildirib ki, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini dəstəkləyir.

E.Rama ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) Cenevrə görüşü barədə də söz açıb.

O qeyd edib ki, Cenevrə danışıqlarında münaqişənin həlli üçün əsas rol oynaya biləcək elementlər müzakirə edilib.

Xatırladaq ki, yanvarın 29-30-da Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqların növbəti raundu keçirilib.

İnterpress.az