Kosmosda ən uzun müddət qalan qadın kosmonavt yerə endibackend

Kosmosda ən uzun müddət qalan qadın kosmonavt yerə endi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NASA kosmonavtı Kristina Koç qadınlar arasında kosmosda ən uzun müddət qalmaqla rekorda imza atıb.

“HaberGlobal”ın məlumatına görə, 41 yaşlı amerikalı qadın kosmosda 328 gün keçirib.

Beləliklə, o, kosmosda ən çox qalan qadın kosmonavt kimi tarixə düşüb.

Koç rusiyalı Aleksey Skvortsov və italyan Luka Parmitano adlı kosmonavtlarla birgə paraşütlə Qazaxıstan ərazisinə eniblər.

Koç kosmosda xidmətdə olduğu zaman 223 milyon kilometr məsafə qət edib. Bu Yer kürəsi ilə Ay arasında 291 dəfə gedib-gəlməyə bərabərdir.

Qeyd edək ki, bundan əvvəl kosmosda qalma rekordunu 289 gün keçirməklə digər amerikalı kosmonavt Peggi Vaytson qırıb.

Kosmosda ən uzunmüddətli rekord isə 437 günlə rus kosmonavt Valeri Polyakova aiddir.

İnterpress.az