Sevgilisinə təcavüz edib, azyaşlı qızı ilə zirzəmidə bağlı saxladıbackend

Sevgilisinə təcavüz edib, azyaşlı qızı ilə zirzəmidə bağlı saxladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qapıçı sevgilisinə təcavüz edərək, uşağı ilə zirzəmidə gizlədib.

REN TV-nin məlumatına görə, hadisə Sankt-Peterburq şəhərində baş verib.

Belə ki, hüquq-mühafizə orqanlarına bir qadın müraciət edərək, sevgilisinin ona təcavüz etdiyini deyib.

Qadın qeyd edib ki, sərxoş vəziyyətdə olan həmin şəxs onu əvvəl döyüb, sonra isə təcavüz edərək, üç yaşlı qızı ilə bərabər Furştatski küçəsində yerləşən evin zirzəmisində bağlı saxlayıb.

Həmin qadın polislərdən təcili yardım çağırmalarını da istəyib.

Polis idarəsinə gələn tibb işçiləri qadını kəllə-beyin travması və çoxsaylı yara izləri ilə xəstəxanaya yerləşdiriblər.

Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxsin axtarışına başlanılıb.

İnterpress.az