Anasını qorumaq istəyən yeniyetmə atasını öldürdübackend

Anasını qorumaq istəyən yeniyetmə atasını öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Ankara şəhərində yeniyetmə atasını öldürüb.

“Anadolu” agentliyinin xəbərinə görə, Altındağ rayonunda 15 yaşlı M.Ü. atasına atəş açıb.

Belə ki, onun atası 40 yaşlı Hakan Ü. sərxoş vəziyyətdə evə gələrək arvadı S. Ü. ilə mübahisə edib.

Mübahisə böyüyəndə Hakan Ü. arvadını döyərək silahla hədələyib.

Bu zaman onları ayırmaq istəyən oğulları M.Ü. silahı zorla atasının əlindən almaq istəyib. Atəş açılıb və atasının başına güllə dəyib.

Hadisə yerinə gələn tibb işçiləri Hakan Ü.-nün öldüyünü bildiriblər.

M. Ü. isə nəzarətə götürülüb, araşdırma davam edir.

İnterpress.az