ABŞ “Oskar”ın 92-ci təqdimatına hazırlaşırbackend

ABŞ “Oskar”ın 92-ci təqdimatına hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Kinematoqrafiya Elmləri və İncəsənət Akademiyasının “Oskar” mükafatının qalibləri bazar günü məlum olacaq, mükafatın 92-ci təntənəli təqdimat mərasimi Los-Ancelesdə baş tutacaq.

Ardıcıl olaraq ikinci il “Oskar” mərasimi aparıcısız keçəcək: qalibləri onların həmkarları təqdim edəcəklər. ABŞ-da kinomükafat mövsümünün kulminasiyası sayılan mərasim dünyanın 225-dən çox ölkəsində yayımlanacaq.

Ənənəvi olaraq, 24 kateqoriyada təqdim olunan “Oskar”ın qaliblərinə 24 karatlıq qızılla örtülmüş cəngavər heykəlcikləri təqdim olunacaq. Kino dünyasının ən nüfuzlu mükafatının dəyəri təxminən 400 dollardır.

İnterpress.az