Səs verənlərin sayı iki milyonu keçdibackend

Səs verənlərin sayı iki milyonu keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisə seçkilərlə əlaqədar saat 15:00-a olan seçici fəallığı açıqlanıb.

İnterpress.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

O bildirib ki, səhər səsvermə başlayandan ölkə üzrə 2 milyon 90 min 589 nəfər səs verib. Bu isə seçicilərin 39.23 faizini təşkil edir.

Səsvermə saat 19:00-da bitəcək.

Qeyd edək ki, Azərbaycanda 5 milyon 329 min 460 nəfər seçici var. Parlament seçkiləri 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilir.

İnterpress.az