Məzahir Pənahovdan sərt XƏBƏRDARLIQ: “Onlar haqqında ciddi ölçü götürüləcək”backend

Məzahir Pənahovdan sərt XƏBƏRDARLIQ: “Onlar haqqında ciddi ölçü götürüləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq.

İnterpress.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərlə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

MSK sədri bildirib ki, paylaşılan məlumatlarla bağlı ciddi ölçü götürüləcək:

“Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa, bu məsələlərlə bağlı qanunvericiliyə uyğun addımlar atılacaq. Prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən bir faizi görünür ki, qeyri-ciddi insanlardır, bu prosesdə onlar iştirak etməməlidir. Onlar haqqında ciddi ölçü götürüləcək”.

İnterpress.az