Meksika nümayəndə heyəti seçkilərin demokratik və şəffaf keçirildiyini bəyan etdibackend

Meksika nümayəndə heyəti seçkilərin demokratik və şəffaf keçirildiyini bəyan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksika nümayəndə heyəti də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini izləyib.

Trend-in məlumatına görə, müşahidənin nəticələrini Meksika Parlamentinin deputatı Aqustin Qarsia Rubio açıqlayıb. 

O bildirib ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri tam demokratik və şəffaf keçirilib:

“Deputat olaraq demokratik seçkilərlə bağlı əsas konfedensiyaları açıqlamaq istəyirəm. Seçkilər bütövlük, dürüstlük və məsuliyyət konfedensiyaları əsasında formalaşmışdı. Bu seçkidə Azərbaycan xalqına legitimlik verildi. Xarici ölkələrin nümayəndələrinə isə ölkələrarası münasibətlərə fayda vermək imkanı tanındı.

Avtoritarlığın qarşısını almaq üçün vətəndaşların səsvermədə iştirakı mütləq idi. Azərbaycan vətəndaşlarının öz övladlarını prosesə cəlb etməsi və seçkinin mahiyyətini onlara başa salması gələcəkdə bu prosesin daha demokratik və təkmilləşdirilmiş formada keçirilməsinə şərait yaradacaq.

Gün ərzində Bakıda 10 məntəqədə seçki prosesinin müşahidəsini aparmışam. İllər öncə qoyulan təməllərin bu gün də prioritet olduğunun şahidi oldum. Azərbaycanda sənaye və turizm, energetika və iqtisadi sahədə nailiyyətləri müsbət dəyərləndirirəm. Hər bir Azərbaycan vətəndaşı Meksikada hörmətlə qarşılanacaq”.

İnterpress.az