Maldivli müşahidəçi: “Seçicilər hər hansı narahatlıq olmadan səs verirdilər”backend

Maldivli müşahidəçi: “Seçicilər hər hansı narahatlıq olmadan səs verirdilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Seçicilər hər hansı narahatlıq olmadan səs verirdilər”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda parlament seçkilərini izləmiş Maldiv Seçki Komissiyasının üzvü Fuwod Thovfock deyib.

O bildirib ki, müşahidə missiyası Bakıda seçki məntəqələrinə baş çəkib:

“Doqquz fərqli ünvanda və ümumilikdə 11 seçki məntəqəsində müşahidələr aparmışıq. Biz səslərin sayılması prosesində də iştirak etmişik. Həmçinin, müşahidə apardığımız seçki məntəqələrində seçki prosesinin tamamilə başa çatmasını müşahidə etmişik. Ümumilikdə seçki prosesi çox axıcı keçmişdi.

Hava şəraitinin soyuq olması seçici fəallığına təsir göstərirdi. Buna baxmayaraq, seçkilərdə insanların iştirakı kifayət qədər yaxşı idi”.

Fuwod Thowfock qeyd edib ki, seçki məntəqələrini həm daxildən, həm də xaricdən müşahidə ediblər:

“Kənardan heç bir şəxsin seçicilərlə təmas qurmağa çalışmasına şahid olmadıq. Rəsmi şəxslərlə də ünsiyyətdə olmuşuq. Bu zaman istər yerli müşahidəçilər, istərsə də komissiya üzvləri seçki prosesinin axıcı, rəvan olması üçün çalışırdılar.

Olduğumuz hər bir seçki məntəqəsində ən az bir nəfər tərcüməçi var idi. Həmin insanlar bizim qarşı tərəflə ünsiyyət qurmamıza kömək göstəriblər. Seçki prosesində iştirak edən şəxslər beynəlxalq müşahidəçilərin burada iştirakını yüksək qiymətləndirirdilər və bizi gülərüz qarşılayırdılar”.

Fuwod Thowfock nəzərə çatdırıb ki, Azərbaycan MSK seçkilərlə bağlı yüksək təşkilatçılığı və yaxşı hazırlığı ilə seçilib:

“Biz bağlanış zamanı 23 saylı seçki dairəsinin 22 saylı məntəqəsində olduq. Xüsusilə qeyd edim ki, 19:00-da proses tamamilə dayandırılmışdı. Artıq heç kim seçki məntəqəsinə daxil ola bilmirdi. Bu, çox müsbət haldır”.

İnterpress.az