Küçə itləri kişini yedibackend

Küçə itləri kişini yedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Moskva şəhərinin Salaryevo kəndində yol kənarında xəndəkdən kişi meyiti tapılıb. Məlum olub ki, 50 yaşlı kişini itlər yeyib.

Ren.tv-nın xəbərinə görə, həmin şəxsin ətinin sümüklərinə qədər soyulduğu, əlləri və ayaqlarının olmadığı bildirilib.

Meyitin aşkar edildiyi yerin ətrafında çoxsaylı it izləri olub.

Polis üzərində heç bir sənəd olmayan kişinin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

Hələlik itlərin mərhumu ölməzdən əvvəl, yaxud sonra yedikləri dəqiqləşməyib.

Onun beş gün əvvəl öldüyü məlum olub.

İnterpress.az