Bakıda bir neçə avtomobilin toqquşması tıxac yaratdı – FOTObackend

Bakıda bir neçə avtomobilin toqquşması tıxac yaratdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda zəncirvari qəza olub.

Report-un məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “90-ZE-882” dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil sürət həddini aşaraq “90-RP-354” dövlət nömrə nişanlı, “Volkswagen Passat” markalı avtomobili arxadan vurub.

Sonuncu isə öz növbəsində “99-HD-526” dövlət nömrə nişanlı, “Honda” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları gəlib.

Qəza ilə bağlı prospektdə tıxac yaranıb.

Bakıda bir neçə avtomobilin toqquşması tıxac yaratdı - FOTO

Bakıda bir neçə avtomobilin toqquşması tıxac yaratdı - FOTO

Bakıda bir neçə avtomobilin toqquşması tıxac yaratdı - FOTO

Bakıda bir neçə avtomobilin toqquşması tıxac yaratdı - FOTO