Rusiyada cinayət törədib Azərbaycanda gizlənənlər tutuldubackend

Rusiyada cinayət törədib Azərbaycanda gizlənənlər tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Buryatiya Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytında məlumat yayılıb.

Məlumatda bildirilir ki, Buryatiya Respublikası DİN-in Polis İdarəsinin və Rusiya DİN-in Ulan-Ude şəhəri üzrə Polis İdarəsinin əməliyyatçıları Buryatiya ərazisində cinayət törətdikdən sonra Azərbaycanda gizlənən şəxsləri tutublar.

Cinayətkarların yeri Rusiya ilə Azərbaycan arasında bağlanmış razılığa əsasən birgə müəyyən edilib.

Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları mülki, ailə və cinayət işlərində hüquqi yardımın göstərilməsi haqqında Cinayət Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq, Rusiya əməliyyatçıları ilə birgə fəaliyyət göstəriblər.

Birgə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətl, nəqliyyat vasitələrinin istismarı, ölüm həddinə çatdırma və oğurluqda ittiham olunan 19-43 yaşlarında olan 5 nəfər tutulub.

Onlardan biri tapılmamaq üçün hətta soyadını da dəyişib.

Həmin şəxslərin Rusiyaya ekstradisiya olunmayacağına qərar verilib. Hazırda cinayət işi materiallarının Azərbaycanın müvafiq idarələrinə verilməsi məsələsi müzakirə olunur.

İnterpress.az