Dövlət Komitəsinin sədri Ümumdünya Şəhər Forumunun 10-cu sessiyasında çıxış edibbackend

Dövlət Komitəsinin sədri Ümumdünya Şəhər Forumunun 10-cu sessiyasında çıxış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Fevralın 8-dən 13-dək Əbu-Dabi şəhərində təşkil edilən Ümumdünya Şəhər Forumunun 10-cu sessiyasında “Mədəniyyətləri İnnovasiyalar ilə əlaqələndirmək” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib.

Müxtəlif ölkələrin nazirlərinin iştirak etdikləri tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, şəhərlərin mədəniyyəti və ümumilikdə inkişafına diasporun pozitiv təsirini artırmaq məqsədilə rəhbərlik etdiyi qurum Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Əhali Məskunlaşması üzrə Proqramı ilə sıx əməkdaşlıq edir. Diqqətə çatdırılıb ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın yaşayış yerlərinin dağıdılması, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün durumuna düşməsi ölkəmizdə şəhərlərin inkişafına mənfi təsir edən amillərdəndir. Dövlətimizin uzun illərdir bu problemlərin həlli istiqamətində həyata keçirdiyi layihələr və Azərbaycandakı sosial evlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, iki ildən bir keçirilən bu dünyəvi tədbirə dövlət başçıları, nazirlər, şəhər merləri, akademiklər, qeyri-hökumət təşkilatlarının və digər qurumların təmsilçiləri daxil olmaqla on səkkiz minədək iştirakçı qatılır.

İnterpress.az