Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Hacı Nuran yenidən xəstəxanaya yerləşdirildi

Məşhur teleaparıcı Hacı Nuran Hüseynov ötən gecə yenidən xəstəxanaya yerləşdirilib.

Dərc edilib: 12 fevral 2020 [10:44]
Baxış sayı: 4881

Məşhur teleaparıcı Hacı Nuran Hüseynov ötən gecə yenidən xəstəxanaya yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə teleaparıcı sosial media hesabında məlumat verib.

“Son günlərin gərgin rejimi səhhətimdə bəzi problemlər yaratdı. Xəstəxananı sevməsəm də, bəzən sevmədiyimiz nələrəsə tabe olmalı oluruq. İnsan sağlamlığının qədrini xəstələnəndə bilir. Özümü heç də yaxşı hiss etmədiyimdən müalicəyə ehtiyac vardı.

Elə bilirdim ki, günü-günə satmaqla, müalicənin vaxtını uzada biləcəm. Amma alınmadı... İki saatdan bəri davam edən müayinədən sonra həkimlərin qərarı qəti idi: yataq rejimi... Beləcə, bir müddət müalicə almalıyam”.


Qeyd edək ki, Hacı Nuran Hüseynov uzun müddətdir ki xərçəng xəstəliyindən əziyyət çəkir. O, bir neçə ildir ki, müalicəsini həm Bakıda, həm də Almaniyada davam etdirir.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 234