Rusiyanın Federal Penitensiar Xidmətinin sabiq rəhbəri məhkəmədə özünü öldürdübackend

Rusiyanın Federal Penitensiar Xidmətinin sabiq rəhbəri məhkəmədə özünü öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Çertanovski Rayon Məhkəməsində Federal Penitensiar Xidmətin sabiq rəhbəri Viktor Sviridov iclas zalında intihar edib. O, silahla özünə atəş açıb.

Bu barədə RBK məlumat  yayıb.

V.Sviridova məhkəmədə qəsbetmə iddiası ilə hökm oxunacaqdı.

O, Federal Penitensiar Xidmətin sabiq rəis müavini Aleksandr Sapojnikovdan 10 milyon rubl pul tələb etməkdə ittiham olunurdu. Hakim Natalya Şabaşevanın müttəhimin məhkəmə zalında həbs olunması barədə qərarını elan etməsindən sonra V.Sviridov intihar edib.

V.Sviridov hadisə yerinə təcili tibbi yardım maşını gələnə qədər ölüb.

İnterpress.az