Kadırov 23 yaşlı qardaşı oğlunu nazir təyin etdibackend

Kadırov 23 yaşlı qardaşı oğlunu nazir təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov 23 yaşlı qardaşı oğlu Həmzət Kadırovu idman naziri təyin edib.

İnterpress.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri sosial şəbəkədə yazıb.

Həmzət Kadırov bu posta təyin edilənədək Kurçaloyev rayonunun rəhbəri olub.

Həmzət Kadırov Ramzan Kadırovun 2004-cü ildə ölən böyük qardaşı Zəlimxan Kadırovun oğludur.

İnterpress.az