Birləşmiş Ştatlar taliblərlə anlaşmaya hazırlaşırbackend

Birləşmiş Ştatlar taliblərlə anlaşmaya hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın administrasiyası “Taliban” hərəkatı ilə razılıq əldə edəcəyinə inanır.

“CNN” xəbər verir ki, Birləşmiş Ştatlar imzalanması nəzərdə tutulan sənədi “zorakılığın azaldılması ilə bağlı anlaşma” adlandırırlar.

Qeyd edilən anlaşma ABŞ başda olmaqla koalisiya orduları ilə taliblər arasında atəşkəsin əldə edilməsini nəzərdə tutur.

Lakin mütəxəssislər bu anlaşmanın səmərəliliyinə o qədər də inanmırlar.

Onların fikrincə, “Taliban” rəhbərliyi Əfqanıstanın fərqli bölgələrində hərəkatın tərəfdarlarının addımlarına görə cavabdeh ola bilməz və anlaşmanın davam edəcəyinə təminat vermək iqtidarında deyil.

Bundan əlavə, “Taliban” sıralarında olan Əfqanıstan gəncləri İŞİD-in çağırışlarına uyaraq ABŞ-ın hərbi obyektlərinə hücumları davam edə bilərlər.

İnterpress.az