Bu seçki dairələrinin hesabatı “natamamdır”backend

Bu seçki dairələrinin hesabatı “natamamdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar üç seçki məntəqəsi hesabat verməyib.

İnterpress.az bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilən “dairələr üzrə lider namizədlər” cədvəlinə istinadən xəbər verir.

Həmin məntəqələrdən ikisi 111 saylı Zaqatala-Balakən Seçki Dairəsinə aiddir. 123 saylı Kəlbəcər Seçki Dairəsinin bir seçki məntəqəsi də hesabat verməyib.

Qeyd edək ki, parlamentə növbədənkənar seçkilər 125 seçki dairəsi üzrə 5 min 573 məntəqədə keçirilib.

Ölkə üzrə seçkidə ümumilikdə 2 milyon 547 min 982 seçici iştirak edib. Bu isə ümumi seçicilərin 47.81 faizini təşkil edir.

Xatırladaq ki, Azərbaycanda seçicilərin sayı 5 milyon 329 min 460 nəfərdir.

İnterpress.az