Yunan-Roma güləşi üzrə yığmamızdan tarixi uğurbackend

Yunan-Roma güləşi üzrə yığmamızdan tarixi uğur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb.

İnterpress.az xəbər verir ki, üç gün davam edən mübarizədə yığmamız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında tarixi uğura imza atıb. 

Belə ki, millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda – altı medal qazanıb. Belə ki, Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Beləliklə, iki qızıl və dörd bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, dünən dörd qadın güləşçimiz mübarizəyə qoşulsa da, onlar ilk mərhələlərdən çıxışlarını başa vurmalı olublar.

İnterpress.az