Azərbaycanda yeni futbol millisi yaradılmasına ehtiyac qalmadıbackend

Azərbaycanda yeni futbol millisi yaradılmasına ehtiyac qalmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın 23 yaşadək futbol millisinin (U-23) yaradılması ideyası qəbul edilməyib.

İnterpress.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov “Azərbaycan Radio”suna müsahibəsində bildirib.

O, bununla bağlı konkret qərar verildiyini deyib:

“Son İcraiyyə Komitəsinin iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi. Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə, U-23 millisi yaratmağa ehtiyac yoxdur. Çünki 22 və ya 23 yaşlı futbolçu əsas millidə oynamalıdır.

Hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı iki nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuz da Azərbaycan Premyer Liqasında limit var. Ona görə də bu məsələ gündəmimizdə deyil”.

Qeyd edək ki, Olimpiada sistemində U-23 komandalar çıxış edir. Ancaq Avropada yalnız U-21 millisi seçmə mərhələlərdə çıxış edə bilir.

İnterpress.az