Zamiq Hüseynov: “Röya dedi ki, Abbasla barışmasan, sizi efirdə biabır edəcəyəm”backend

Zamiq Hüseynov: “Röya dedi ki, Abbasla barışmasan, sizi efirdə biabır edəcəyəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hamı bilir ki, Abbasla aramda soyuqluq var idi. Aramızdakı buzlar indi əriyir. Biz elə tərbiyə almamışıq ki, bir-birimizə qarşı ciddi səhv edək, sonra da o səhvi bağışlaya və ya altından qalxa bilməyək”.

Bu sözləri Oxu.Az-a açıqlamasında müğənni Zamiq Hüseynov deyib. Sənətçi Xalq artisti Röya Ayxanın vasitəsi ilə Əməkdar artist Abbas Bağırovla barışdığını bildirib:

Zamiq Hüseynov: “Röya dedi ki, Abbasla barışmasan, sizi efirdə biabır edəcəyəm”

“Aramızdakı yüngül bir inciklik idi. Bu inciklik qardaşlar arasında da olur. Birlikdə Moskva səfərimizdə incikliyə son qoyduq. Oradakı ab-havanı görən dostumuz Röya dedi ki, barışın: “İncikliyinizi qəbul edə bilmirəm. Barışmasanız, efirdə sizi biabır edəcəyəm”.

Beləliklə də, Röyanın vasitəsi ilə barışdıq.

Zamiq Abbasla 13 yaşından dostluq etdiyini, ona doğma bir insan olduğunu dilə gətirdi:

“5-6 il idi ki, danışmırdıq. Abbasla uşaqlıqdan dostuq. 13 yaşından bir-birimizi tanıyırıq. Keçmişə baxanda, o illər də adamı doğmalaşdırır. Bu gün biz sənət yoldaşıyıq. Zamanında aramızda bəzi problemlər olub. Ümid edirəm ki, bundan sonra olmaz”.

Z.Hüseynov A.Bağırovla küsülü olduğu zaman toylarda üz-üzə gəldiyi zamanlarda incikliyi bürüzə vermədiyini söylədi:

“Dəfələrlə Abbasla eyni səhnəni toylarda paylaşmışıq. Bir-birimizi elə təqdim edirdik ki, kənardan danışmadığımız bilinmirdi. Tədbirlərdə də görüşürdük. Küsülü olduğumuzu ancaq yaxın ətrafımız bilirdi”.

Qeyd edək ki, Abbasla Zamiq eyni tədbir və məclislərdə iştirak etsələr də, bir-biri ilə kəlmə kəsməyiblər. Onların küsülü olmasına səbəb isə Zamiqin tədbirlərin birində Abbasla salamlaşmaması olub.

Zamiq Hüseynov: “Röya dedi ki, Abbasla barışmasan, sizi efirdə biabır edəcəyəm”