Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İdris İsayev: “Rəqəmsal bacarıqlar” layihəsinə 70 mindən artıq şagird cəlb edilib

İqtisadi inkişafın dinamikası fonunda təhsil sisteminin müasir iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması mühüm vəzifələrdən biridir. 

Dərc edilib: 13 fevral 2020 [12:01]
Baxış sayı: 4965

İqtisadi inkişafın dinamikası fonunda təhsil sisteminin müasir iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması mühüm vəzifələrdən biridir.

İnterpress.az  xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Təhsil nazirinin müavini İdris İsayev deyib.

İ.İsayevin sözlərinə görə, təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulmuş hədəflərə nail olmaq və müasir texnologiyaların tətbiqi nəticəsində əmək bazarında yaranan tələbata cavab vermək məqsədilə Təhsil Nazirliyi tərəfindən təhsilin müxtəlif pillələrini əhatə edən pilot layihələr həyata keçirilir:


“Ölkənin 6 müxtəlif bölgəsində 123 məktəbi əhatə edən “Rəqəmsal bacarıqlar” layihəsinə təxminən 70 mindən artıq şagird cəlb edilib. “Rəqəmsal bacarıqlar” layihəsinin məqsədi məktəb yaşlı şagirdlərdə yaradıcı təfəkkürü inkişaf etdirmək, İKT-nin müxtəlif sahələrdə tətbiqini, qrafik dizayn, rəsm, kodlaşdırma, musiqi kimi fənləri informatika fənni ilə əlaqəli şəkildə tədris etməkdir.

Cari tədris ilindən başlayaraq 6500 şagirdi əhatə etməklə, Bakının 42 məktəbində STEAM (Science, Technology, Engineering, Art and Mathematics) layihəsinə start verilib. Növbəti tədris ilində müxtəlif bölgələrdən olan şagirdlərin də bu layihəyə cəlb olunması ilə sayımızın 20 minə çatdırılması nəzərdə tutulur”.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 230