Karateçimiz üç ermənini məğlub edib, qızıl medal qazandıbackend

Karateçimiz üç ermənini məğlub edib, qızıl medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt məktəblisi İranda keçirilən beynəlxalq yarışda böyük uğura imza atıb.

İnterpress.az xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

İdarənin tabeliyindəki 258 nömrəli tam orta məktəbin X sinif şagirdi Vəli Vəliyev karate idman növü üzrə beynəlxalq yarışda bütün rəqiblərinə qalib gələrək, Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib.

12 ölkənin qatıldığı yarışda V.Vəliyev 57-60 kiloqram çəki dərəcələrində üç erməni idmançını məğlub edərək, yüksək xal hesabı ilə qızıl medal və kuboka layiq görülüb.

Qeyd edək ki, bu, Bakı məktəblisinin ilk uğuru deyil, bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda  ümumilikdə 12 qızıl medal qazanıb.

İnterpress.az