MSK Çingiz Qənizadənin qalib olduğu dairənin nəticələrini ləğv etdi-ÖZƏLbackend

MSK Çingiz Qənizadənin qalib olduğu dairənin nəticələrini ləğv etdi-ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Komissiyaya daxil olmuş müraciətlərə baxılıb.

Belə ki, adıçəkilən dairədən qeydə alınan namizədlər Razim Əmiraslanlı və Hikmət Şirinov seçki günü pozuntulara yol verildiyini iddia edərək, MSK-dan 49 seçki məntəqəsindən 29-da nəticələrin ləğvini tələb ediblər.

İclasda müraciətlərə münasibət bildirən MSK-nın ekspert qrupu 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrinin ləğvini qərara alıb.

Qeyd edək ki, bu seçki dairəsində Çingiz Qənizadə qalib elan edilmişdi.