Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilirbackend

Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edildikdən sonra Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentdə olan kabinetini boşaldıb.

Bizimyol.info-nun məlumatına görə, H.Rəcəbli artıq deputatlıq uğrunda mübarizədən çəkilir.

Keçmiş deputatın Milli Məclisdəki kabinetindən əşyaları götürülüb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb.

İclasda Hadi Rəcəblinin lider olduğu dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilib.

İnterpress.az