“Ənsarullah” üzvləri Səudiyyə Ərəbistanının hərbi təyyarəsini vurubbackend

“Ənsarullah” üzvləri Səudiyyə Ərəbistanının hərbi təyyarəsini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin şimalını nəzarətdə saxlayan “Ənsarullah” hərəkatının üzvləri Səudiyyə Ərəbistanı ilə sərhəddə hərbi təyyarəni vurublar.

Bu barədə “Reuters” hərəkatın rəsmi nümayəndəsi Yəhya Sariaya istinadla xəbər yayıb.

Onun  sözlərinə görə, təyyarə “hava-torpaq” tipli raketlə vurulub.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Səudiyyə Ərəbistanı hərbçiləri qəza xəbəri barədə hələlik şərh verməyib.

İnterpress.az