İsmayıllıda “vəkil” tutuldu: Əlilləri maşın növbəsinə “salacaqmış” – FOTObackend

İsmayıllıda “vəkil” tutuldu: Əlilləri maşın növbəsinə “salacaqmış” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonunda dələduz “vəkil” saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, eləcə də, barəsində axtarış elan olunmuş Göyçay şəhər sakini Pünhan Qurbanov saxlanılıb.

Belə ki, P.Qurbanovun ətrafında aparılan araşdırmalarla onun İsmayıllı, Şirvan, Mingəçevir, Ağdaş, Abşeron rayonlarında ayrı-ayrı vətəndaşlara özünü vəkil kimi təqdim edərək, işə düzəltmək, əlillərə veriləcək avtomobil növbəsində adlarının irəli çəkdirəcəyinə və başqa vədlər verib inandıraraq, onlara qarşı dələduzluq edib, xeyli məbləğdə maddi ziyan vurduğu müəyyən olunub.

İsmayıllıda “vəkil” tutuldu: Əlilləri maşın növbəsinə “salacaqmış” - FOTO