Etirazçılar MSK-nın şöbə müdirini içəri buraxmayıblar – AÇIQLAMAbackend

Etirazçılar MSK-nın şöbə müdirini içəri buraxmayıblar – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ola bilər ki, hansısa məqsəd üçün təxribat xarakterli addımlar atsınlar”.

İnterpress.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov Milli Məclisə seçkilərlə əlaqədar bəzi namizədlərin etirazlarına münasibət bildirərkən deyib.

O bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır.

“Amma durub MSK-nın şöbə müdirini içəri buraxmırlar. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”.

İnterpress.az