Bir neçə dairə üzrə şikayət DSK-lara göndərildibackend

Bir neçə dairə üzrə şikayət DSK-lara göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar bir neçə dairə üzrə daxil olan şikayətlərə baxılıb.

İnterpress.az-ın məlumatına görə, 82 saylı Ağcabədi, 94 saylı Bərdə kənd, 56 saylı Xaçmaz kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki dairələri üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib.

İnterpress.az