Məzahir Pənahov: “Bizim hüququmuz yoxdur ki…”backend

Məzahir Pənahov: “Bizim hüququmuz yoxdur ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyası (MSK) sosial şəbəkələrdə qanun pozuntuları ilə bağlı yayılan videoları araşdıracaq.

İnterpress.az-ın xəbərinə görə, bu barədə MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, qanunu pozanlar haqqında sərt tədbirlər görüləcək.

M.Pənahov qeyd edib ki, məntəqələrdə səsverməyə müdaxilə etmək yolverilməzdir.

“Səsverməni bir saniyə belə dayandırmağa hətta bizim də hüququmuz yoxdur. Amma eyni zamanda, müəyyən mənada bəzi şəxslər bundan sui-istifadə etməyə çalışırlar”, – deyə o əlavə edib.

M.Pənahov seçki məntəqələrində baş verən pozuntuları sosial şəbəkədə yayanlara təşəkkür edib.

İnterpress.az