Bu rayonda qaz təchizatı dayandırıldıbackend

Bu rayonda qaz təchizatı dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonu ərazisində təbii qaz təchizatında məhdudiyyət yaranıb.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, gecə saatlarından Cavadxan küçəsində təbii qazın verilişi ndə fasilə yaranıb.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Ceyhun Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə  qaz sızması olub:

“Sözügedən ərazinin yaxınlığında diametri 76 mm olan yeraltı qaz xəttində sızma aşkarlanıb. Problemin aradan qaldırılması üçün əməkdaşlar əraziyə yollanıb. Sızma nöqtəsi dəqiqləşdirildikdən sonra ərazidə təmir işlərinə başlanılacaq.

Ümumilikdə işlər təxminən üç saata qədər vaxt ala bilər. Problem tam şəkildə aradan qaldırıldıqdan sonra ərazinin təbii qaz təchizatı ilə təminatı bərpa ediləcək”.

İnterpress.az